“Nar” Azərbaycanda ilk dəfə “AgTech and Green Energy” mövzusunda keçirilən beynəlxalq foruma dəstək oldu. Məqsəd mobil operatorun ölkəmizdəkənd təsərrüfatı sahəsindəyeni texnologiyaların tətbiqini dəstəkləməkdir. Qeyd edək ki, forum Kənd Təsərrüfatı Nazirliyi və Energetika Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub. “Yaşıl gələcək üçün innovasiyalar” şüarı altında keçirilən beynəlxalq forumun əsas məqsədi Azərbaycanda kənd təsərrüfatı və enerji sahələrinin innovativ inkişafına nail olmaq, müxtəlif maraqlı tərəflər arasında əlaqələri gücləndirmək, dayanıqlı biznes modelləri və əlaqələr qurmaqdır.
“Azerfon” MMC-nin baş icraçı direktoru Qunnar Panke forumun işini yüksək qiymətləndirib: “Aqrar və yaşıl enerji texnologiyalarının inkişafına nail olmaq hər bir ölkə üçün əhəmiyyətli və strateji məsələdir. “Nar”-ın təqdim etdiyi yüksəkkeyfiyyətli xidmətlər və həllər bu sahənin inkişafına öz müsbət təsirini göstərəcək. “Nar” Bakıda və regionlarda 4G şəbəkəsini daha da genişləndirməklə, Azərbaycanda kənd təsərrüfatı sahəsində yeni texnologiyaların tətbiqini dəstəkləyir”.
Foruma dünyanın 15-ə yaxın ölkəsindən 40-dək xarici mütəxəssisqatılıb. Tədbirdə dünyanın müxtəlif ölkələrindən aqrar və yaşıl texnologiyalar üzrə ixtisaslaşmış ən uğurlu startaplar, şirkət sahibləri, elm xadimləri və tədqiqatçılar, vençur kapitalistlər, visionmakerlər, ölkəmizdə artıq bu sahələr üzrə sözünü demiş yerli mütəxəssislər iştirak edib. Forumda aqrar innovasiyalar üzrə mütəxəssislər tərəfindən maraqlı çıxışlar olub.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.Nar” şəbəkəsi hazırda ölkə əhalisinin 97%-niəhatə edir və 7300-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.