Nar Bayramından-Fotolar

199763Bu gün Göyçayda 9-cu Nar Bayramı keçirilib.

Tədbirdə Milli Məclisin deputatları Zahid Oruc, Eldar İbrahimov, Şəmsəddin Hacıyev, Belarusiya və İtaliyanın ölkəmizdəki səfirləri və digər rəsmilər iştirak edib.

Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mənsum Məmmədov bildirib ki, artıq 9-cusu keçirilən Nar Bayramı sayəsində Göyçay və Göyçay narı dünyaya inteqrasiya edir:

“2005-ci ildən keçirilən bu bayrama hər il müxtəlif ölkələrdən rəsmi nümayəndələr, turistlər və media işçiləri qatılır. Ötən il rayondan ümumilikdə 26 min tondan artıq məhsul hasil edilib. Bu il bu rəqəmin 50 min tonu keçməsi planlaşdırılıb”.

Tədbir axşam saatlarında konsert proqramıyla davam edib.