!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Nar-CityNet” abunəçilərə eyni qiymətə iki dəfəyə qədər artıq sürət təklif edir

!Reklam – Yazi

Nar.logo (2)1 avqust 2016-cı il tarixindən etibarən, “Nar-CityNet” bütün limitsiz tariflərində internet sürətini 2 dəfəyə qədər artırdı. Artıq abunəçilər eyni qiymətə daha sürətli internet xidmətindən yararlana biləcəklər. Əlavə olaraq, “Extreme-1” və “Maxima” trafikli tariflərdə internetin trafikinin həcmi 3 dəfədən çox artırıldı. 

“Nar-CityNet” xidmətlərinə qoşulmuş bütün yeni abunəçilərə daha yüksək sürətlə yanaşı, bir ay pulsuz internet də təqdim olunur. Bundan başqa, “Nar-CityNet”-in ADSL xidmətindən istifadə edən cari abunəçilər fiber-optik internet xidmətinə keçdikdə, hədiyyə olaraq ruter əldə edirlər. Pulsuz ruteri əldə etmək üçün abunəçilər sadəcə ilk iki ayın abunə haqqını öncədən ödəməlidirlər.

Hazırda “Nar-CityNet” Bakı və Abşeron yarımadası ərazisində FTTB (Fiber to the Building – Bina üçün fiber-optik) və ADSL (Asymmetric Digital Subscriber Line – Asimmetrik rəqəmsal abunəçi xətti) texnologiyaları əsasında yüksəksürətli sabit internet, eləcə də rəqəmsal TV (50 HD kanal daxil olmaqla) xidmətlərini təklif edir.

“Nar-CityNet” haqqında ətraflı məlumat, qoşulma şərtləri, yeni kampaniyalar, şikayət və texniki dəstək üçün (012) 5377777 və *1177 nömrələri ilə əlaqə saxlamaq kifayətdir. Abunəçilərin rahatlığını təmin etmək üçün “Nar-CityNet” həftənin bütün günləri 24 saat fəaliyyətdədir və “WhatsApp” üzərindən müştəri xidməti göstərərək, (077) 5377777 nömrəsi vasitəsilə abunəçilərin sual və təkliflərini cavablandırır.

Məhsul və kampaniyalar haqqında ətraflı məlumatı həmçinin www.narcitynet.az saytından əldə etmək olar.

www.yenicag.az

664
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv