Reklam

Reklam

4 may 2018-ci iltarixindənetibarən, artıq“Nar”-ın bütünyeni aktivləşmiş “Turbo” internet paketlərində “WhatsApp” pulsuzdur. Bununla da, “Turbo” istifadəçiləri paketin istifadə müddəti bitənədək “WhatsApp” vasitəsilə yazılı mesajlar göndərə biləcəklər.

Xatırladaq ki, müxtəlif həcmli “Turbo” paketləri istər mobil telefonda, istərsə də kompüterdə 225 Mb/s-dək sürətdən zövq almaq imkanı verir. Paket bitdikdə isə “ədalətli istifadə” siyasətinə uyğun olaraq, istifadə müddətinin sonunadək pulsuz internetdən və “WhatsApp” vasitəsilə limitsiz yazışmadan yararlanmaq olar. Üstəlik, irihəcmli “Turbo XL”, “Turbo 2XL” və “Turbo 3XL” paketlərində gecələri nternet yüksək sürətlə pulsuz və limitsizdir.

“Nar”-ın “Turbo” internet paketləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 504
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."