!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Nar”-ın dəstək olduğu “Elektron təhsil” müsabiqəsinin qalibləri müəyyənləşdi

!Reklam – Yazi

narmobilejjjd09“Nar” tərəfindən dəstəklənən ənənəvi “Elektron təhsil” respublika müsabiqəsinin müəllim, şagird və məktəb istiqamətlərinin 6 nominasiyası üzrə qəbul edilmiş 1220 layihəyə artıq ekspertlər tərəfindən baxılmış, ekspertlərin qiymətləndirmə nəticələrinə əsasən 325 layihə nominant müəyyən edilmişdi. Növbəti mərhələdə işlər münsiflər heyəti tərəfindən onlayn qiymətləndirilərək nominantlar arasından qaliblər seçildi.

Xatırladaq ki, müsabiqənin keçirilməsində məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimlərin fəaliyyətini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaqdır. Tədrisdə İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadə etməyə stimullaşdırmaq da müsabiqənin əsas məqsədlərindəndir.

Müsabiqə “Nar”, “Dr.Web”, “AzEduNet”, “Ultra”, Təhsildə İnnovativ Texnologiyalar, Əlavə Təhsil Mərkəzi və “Edumedia Azərbaycan” tərəfindən dəstəklənməkdədir. Elm və təhsilin inkişafına davamlı dəstək verən “Nar” bu il də ənənəvi olaraq “Elektron təhsil” respublika müsabiqəsinin əsas tərəfdaşlarından oldu.

Özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində “Nar” ölkənin ictimai həyatında aktiv iştirak edir, sosial məsuliyyət hissi ilə elm, təhsil, mədəniyyət və idman sahələrini əhatə edən müxtəlif layihələrə dəstək olur.

“Nar” KSM strategiyası haqqında əlavə məlumatı nar.az internet səhifəsindən almaq olar.
Yenicag.az

www.yenicag.az

449
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv