!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Nar”-ın tərəfdaşı olan “Rabitə” idman klubunun boksçuları uğur qazanmağa davam edirlər

!Reklam – Yazi

unnamed“Nar” operatorunun tərəfdaşı olan “Rabitə” idman klubu qələbələr seriyasına davam edir. Boks klubu özünün növbəti uğurunu Balakən şəhərində keçirilən yeniyetmələr arasında boks üzrə Azərbaycan turnirində qazanıb. Belə ki, 23-28 sentyabr 2016-cı il tarixləri arasında keçirilmiş yarışda iştirak edən “Rabitə” idman klubunun boksçuları 4 qızıl, 1 gümüş və 5 bürünc olmaqla toplam 10 medal əldə ediblər.

Qeyd edək ki, “Nar” və “Rabitə” idman klubunun birgə həyata keçirdikləri “Kimsəsiz uşaqlara və aztəminatlı ailələrin övladlarına dəstək” layihəsinin nəticəsi olaraq balaca boksçular beynəlxalq yarışlarda da xeyli uğur əldə ediblər. Sonuncu dəfə belə bir yüksək nəticə “Rabitə” klubunun yetirməsi tərəfindən Qazaxıstanın Aktau şəhərində əldə edilib. Belə ki, 28 sentyabr-2 oktyabr 2016-cı il tarixləri arasında keçirilmiş boks üzrə IX ənənəvi Beynəlxalq turnirdə 52 kq çəki dərəcəsində çıxış edən Məsud Yusifzadə 3-cü yeri tutaraq bürünc medal qazanıb.

“Nar” operatoru “Rabitə” idman klubunun baş sponsorudur. Bu sponsorluq çərçivəsində mobil operator idman sahəsinə öz əvəzsiz töhfəsini verməklə yanaşı, bir sıra sosial layihələr həyata keçirir. İdman və gənclərin asudə vaxtının səmərəli təşkil edilməsinə yönəlmiş layihə çərçivəsində “Nar” kimsəsiz və aztəminatlı ailələrdən olan uşaqlar üçün “Rabitə” idman klubunda ödənişsiz peşəkar boks məşqlərinin keçirilməsinə dəstək olur.

“Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində həyata keçirilən layihələr haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən almaq olar.

www.yenicag.az

632
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv