Qış aylarının ən gözəl meyvələrindən nar, suyu ilə meyvəsi ilə dərdlərə dərmandır. Nar suyu xərçəngdən dəri gözəlliyinə qədər möcüzə faydaları ilə “Cənnət meyvəsi” adına layiqdir.
Nar suyunun faydaları nələrdir?
Tumlarından dənəsinə, qabığından suyuna qədər bir çox xəstəliyə şəfa olan nar, eyni zamanda, bədəni xəstəliklərə qarşı da bir qalxan kimi qoruyur. Narı soymaq nə qədər əziyyətli olsa da, orqanizmə olan xeyirləri bu zəhmətə dəyər.
Adı “Qurani- Kərim”də keçdiyi üçün, xalq arasında “Cənnət Meyvəsi” olaraq da adlandırılır. Narı, gündəlik istifadə etdikdə yorğunluğu aradan qaldırır və bədənə güc ver. Həmçinin xolestrol və şəkəri tənzimləyən nar, xərçəng hüceyrələrinin inkişafına mane olaraq, ürək sağlamlığının qorunmasında da köməkçi olur.
Nar ləzzətli və faydalı meyvə olmasıyla bərabər qida dəyərləri baxımından da olduqca zəngin bir meyvədir. İçərisində kalium və dəmir mineralı ilə C vitamini kimi bir çox vitamin olan bir meyvədir. Nar, B1, B2 vitaminləri ilə kalsium və fosfor mineral da saxlayır.
C, B1 və B2 vitaminlərinin yanında zəngin kalium ehtiva edən və təxminən bir stəkan nar suyu gündəlik ehtiyacımız olan C vitamininin 25% -ini qarşılayır.Nar ləzzətli və faydalı meyvə olmasıyla bərabər qida dəyərləri baxımından da olduqca zəngin bir meyvədir. İçərisində kalium və dəmir mineralı ilə C vitamini kimi bir çox vitamin olan bir meyvədir. Nar, B1, B2 vitaminləri ilə kalsium və fosfor mineral da saxlayır.
C, B1 və B2 vitaminlərinin yanında zəngin kalium ehtiva edən və təxminən bir stəkan nar suyu gündəlik ehtiyacımız olan C vitamininin 25% -ini qarşılayır.
Narın faydaları nələrdir?
Ürək tutması,ürək infarktı riskini azaldır, damar tıxanıqlığının qarşısını alır, yüksək təzyiqi salır, xolesterin və qan şəkərini tarazlaşdırır, immunitet sistemini gücləndirir, prostat xərçəngini qarşısını alır, narın içində olan antioksidantlar qripə səbəb olan mikrob və virusları zərərsiz hala gətirir, enerji verir, yorğunluğu aradan qaldırır, şirin nar suyu, səs batıqlığı və sətəlcəmə qarşı faydalıdır. Burun poliplərinə qarşı faydalıdır, diş əti qanaxmalarına yaxşı təsir edir, hər cür infeksiyaya qarşı bədən müqavimətini qoruyur, dəri infeksiyaları, dırnaq iltihabı və irinli yaraların müalicəsində nar çəyirdəyinin balla birlikdə qarışdırılaraq məlhəm halında tətbiq edilməsi tövsiyə edilir.
Nar həmçinin dəri xərçənginə yaxşı təsir edir, dərinin hamar görünməsini təmin edir, qəbizliyin qarşısını alır, ishala qarşı təsirlidir, sidik qovuxu bir xüsusiyyətə malikdir, revmatizma ağrılarına yaxşı təsir edir, ürək keçmələrə qarşı nar şərbəti içilir, keçəlləşmənin müalicəsində nar turşusu ilə zeytun yağı qarışığı istifadə edilir, nar çiçəyi də yaralar üçün dərmandır.
Nar bağırsaqda yara və iltihab əmələ gəlməsinin qarşısını alır.\recept.az\