!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Nar” üçün prioritet hədəf müştərilərin məmnunluğu və loyallığıdır

!Reklam – Yazi

“Nar”-ın yenilənmiş “Çünki, daha çoxuna layiqsən” şüarı müştərilərə fərdi yanaşma və müştəri yönümlü brend strategiyasını aydın şəkildə əks etdirir.

Müştəri məmnuniyyəti və loyallığı “Nar” üçün prioritet hədəf olaraq qalır. “Azerfon”un Marketinq üzrə direktoru Qəhrəman Kazımov fins.az portalına geniş müsahibəsində bunu deyib.Məqsəd müştərilərin ehtiyaclarını qarşılamaq, keyfiyyətli xidmətlər təklif etməklə onların gündəlik həyatlarında daha çox dəyər yaratmaq və etibarlı tərəfdaş olmaqdır.“Nar”-ın məqsədlərindən biri müştəriyə fərdi yanaşmanı yüksək səviyyədə təmin etməkdir. Q.Kazımov musahibə zamanı “Nar”-ın əldə etdiyi nailiyytələr barədə də ətraflı məlumat verib. İnternet istifadəçilərinin sayı bu ilin 3 rübündə 29% artıb. Bu həm lokal, həm də qlobal bazarlarla müqayisədə yüksək nəticədir. Bundan başqa, 4G istifadəçilərinin sayı 300 mini keçib. Bu isə 2.1 milyon müştəri bazası olan oparator üçün yüksək nəticədir. Bundan başqa, Q.Kazımov məlumat verib ki, “Nar” müştəri məmnuniyyəti sahəsində də böyük nailiyyət əldə edib. Müştəri məmnuniyyəti göstəriciləri bu ilin ikinci rübündə, keçən illə müqayisədə 35% artıb.

“Azerfon”un Marketinq üzrə direktoru “Nar”-ın gələcək planları barədə də məlumat verib. “Full” paketlərinə bənzər paket təklifərinin say və çeşidinin artması gözlənilir. Gələcəkdə innovasiya sahəsində bir sıra yeniliklər olacaq. Bunlardan biri, mobil maliyyə sahəsində olacaq yeniliklərdir. Müştərilərə elektron balans və elektron nəzarət, yəni rəqəmsal nəzarət xidmətlərindən yararlanmaq imkanı veriləcək.

Qəhrəman Kazımovun fins.az portalına müsahibəsində “Nar”-ın brendində və şüarında dəyişiklik etməsinin məqsədi,müştərilərə vədləri, yenilənmiş brenddən abunəçilərin gözləntiləri, eyni zamanda rəqabət mühitində “Nar”-ın bazardakı mövqeyi, güclü tərəfləri, “Nar”-ın gələcək planları və hədəfləri barədə ərtaflı məlumat əldə etmək olar. Müsahibənin tam mətni ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq olar:http://fins.az/musahibe/960767/nar-uchun-esas-prioritet-musteri-memnunlugu-ve-loyalligidir.html

www.yenicag.az

646
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv