Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Narazılardan Müsavat başqanının dəvətinə cavab – Özəl

Reklam: High Technic

publika.az14105914941408998099_img1624575

Qubad İbadoğlu: “Arif Hacılı açıqlamasında belə səmimi deyil”

 Tural Abbaslı: “Dəvət səmimi və real müzakirə platforması əsasında olsa…”

 Müsavat Partiyasında gərginlik davam etməkdədir. Başqan Arif Hacılı narazı tərəfin rəhbərlərini görüşə dəvət etdiyini, lakin onların bundan imtina etdiyini bildirib: “Kimin mənə nə sözü varsa gəlsin,görüşsün,sözünü desin,iradını bildirsin. Qubad Ibadoğluna 3 dəfə özü də müəyyən saatda yox, gün ərzində görüşməyi təklif etmişəm. Bir dəfə xaricdə, iki dəfə isə daha vacib işləri olduğu üçün gələ bilməyib.

Siyahıda adları olanlardan bəziləri ilə görüşmüşəm, bəzilərini şəxsən görüşə dəvət etmişəm. Bəziləri hətta Divanın qərarı ilə bizimlə görüşməkdən rəsmi imtina edib. Bir dəfə də demişəm, yenə təkrar edirəm. Mənim mühafizəçilərim və normallaşdırılmış qəbul saatlarım yoxdur. Sözünüz varsa gəlin sözünüzü deyin. Bizimlə televiziya kanalları, bəyanatlar vasitəsi ilə danışmayın”.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlamasında başqanlığa keçmiş namizəd Qubad İbadoğlu bildirdi ki, Arif Hacılı ilə görüşün baş tutmamasına səbəb təyin olunan günlərdə Bakıda olmamağı ilə bağlıdır: “Birinci təklif konkret zamanda görüş üzərində qurulduğundan həmin vaxtda görüşmək imkanım olmadı. Növbəti gün görüşmək üçün başqa alternativ irəli sürdüm. 2-ci və 3-cü təkliflər gün ərzində olub, lakin həmin günlərin heç birində Bakıda olmamışam. Təklif olunan 7 noyabr tarixində Finlandiyada, 13 noyabr tarixində isə Salyan və Lənkəranda yas mərasimində olmuşam. Noyabın 8-də Müsavat partiyasının qərargahında keçirilən tədbirə başqananlığa keçmiş namizədlərin hər birini dəvət etdim.  Onlardan yalnız Səxavət Əlisoy toplantıya qatılıb. Tural Abbaslı işi çıxdığına görə iştirak etməyəcəyini bildirsə də Arif bəydən rəy daxil olmayıb. Baxmayaraq toplantı başlayanda Arif Hacılı qərargahda olub. Bütün bunlarla yanaşı qeyd etmək istərdim ki, Arif Hacılı açıqlamasında belə səmimi deyil. Bir tərəfdən qucaq açır, digər tərəfdən də cəza maşınını idarə edir və konkret şəxslərlə bağlı partiya strukturlarına sifarişlər verir. Belə ki, dünən Sumqayıt təşkilatının keçmiş seçki məhbusu, fəal və fədakar müsavatçı Ənvər Əhmədə şiddətli töhmət verib”.

Digər keçmiş namizəd Tural Abbaslı isə ümumiyyətlə, Arif Hacılının onu görüşə dəvət etmədiyini diqqətə çatdırdı. O həmçinin, bu dəvətin səmimi olduğuna da şübhə edir: “Narazılıqlar başlayan gündən Arif bəy, nə də Divan məni hər hansı bir görüşə dəvət etməyib. Ümumiyyətlə, bu barədə heç bir fikir mübadiləsi belə olmayıb. Sadəcə, qurultaydan bir gün sonra ayaqüstü Arif bəylə 10 dəqiqəlik söhbətimiz oldu. Həmin vaxt partiya daxili proseslərdən bu qədər narazılığım yox idi. Lakin narazılıq artandan, bu qədər problemlər üzə çıxandan sonra mənə görüşməklə bağlı Arif bəy tərəfindən belə bir dəvət təklifi gəlməyib. Arif bəyin statusundakı hamıya qapımız açıqdır, ultimativ bəyanatlarla danışmaq lazım deyil kimi ifadələrinin də təki elə olmasını istərdim. Amma təəssüf ki, eyni sözü deyən Arif bəy regionlardan fraksiyaçılar əleyhinə bəyanatlar yazdıtdırır, hədə-qorxu gəlinir.  Hətta MNTK konkret adamları cəzalandırıb.  Yəni onun  dediyi ilə partiya daxilində baş verən hadisələr üst-üstə düşmür. Odur ki, Arif bəyin narazı tərəfi görüşə dəvət etdiyi haqda dediyi fikirlər mənə səmimi görünmədi. Dəvət etsə onunla görüşərəm, bizim onunla hər hansı şəxsi problemimiz yoxdur. Məsələlərin həllini, partiyadaxili demokratiyanın güclənməsi, tək fikirliliyin hakim olmamasını istəyirik. Bununla bağlı məmuniyyətlə fikir mübadiləsi aparardıq. Hətta təklif etmişdim ki, İsa bəyin iştirakı ilə də keçmiş namizədlərin qapalı görüşü olsun və burada səmimi söhbət aparılsın. Bəlkə, belə bir görüşdən sonra bütün problemlər həll olunacaq. Əminəm, digər namizədlər də bu  fikirdədir ki, dəvət səmimi və real müzakirə platforması əsasında olsa, məmuniyyətlə qəbul edib iştirak edərlər. Hamımızın bir problemi var, o da partiyanın bu gün düşdüyü vəziyyətdir”.

Rüfət

www.yenicag.az

815