!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nardaran ağsaqqalları İran telekanalına qarşı çıxdılar – Açıqlamalar

!Reklam – Yazi

IMG_1859_475522819861Məşədi Natiq Kərimov: “Azərbaycanlılar barədə təhqiredici ifadələr işlədən 3 nəfərin inşallah, qanuna müvafiq şəkildə məhkum ediləcəyini görəcəyik”

Eldəniz Quliyev: “İranda yaşayan Azərbaycan türkləri millətin təhqir olunmasına qarşı etiraz nümayişlərini haqlı olaraq keçirirlər”

Xəbər verildiyi kimi, İran televiziyasında  yenidən azərbaycanlıların təhqir edilməsi hadisəsi baş verib. Buna etiraz edən on minlərlə Güney Azərbaycandan olan soydaşımız  küçələrə çıxıb.   Onlar günahkarların cəzalandırılmasını tələb edirlər.

Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov bu qənaətdədir  ki, millətə qarşı təhqiredici ifadələr işlədənlər çox güman, cəzalarını da  alacaqlar: “İran televiziyasında gedən həmin verilişin təcrüməsi ilə saytlar vasitəsilə tanış oldum.  Həmin kanalda  səslənən bu fikirlər heç bir millətə, insana  yaraşmayan formada verilib.  Ona görə də etiraz edən insanlar öz haqlarını tələb edirlər.  Yəqin ki, İran hakimiyyəti də məsələni tez bir zamanda həll edəcək. Heç kəsin, heç bir millətin başqa millətlər barədə  təhqiredici fikirlər söyləməyə ixtiyarı yoxdur.  Bu birmənalıdır. İran Konstitusiyasında da təsdiq olunub ki, irqi, milli ayrı-seçkilik salanlar cinayət məsuliyyətinə cəlb oluna bilərlər.  İranın ikinci telekanalında  gedən verilişdə  azərbaycanlılar barədə təhqiredici ifadələr işlədən 3 nəfərin inşallah, qanuna müvafiq şəkildə məhkum ediləcəyini görəcəyik.  Bu hala qarşı etiraz edən azərbaycanlıların ayağa qalxmasına gəldikdə, onlar haqlıdırlar.  İnsanın milli mənsubiyyətinə, namusuna toxunanlara , insan haqlarını əlindən alanlara qarşı  etiraz da edilməlidir. Hansı dövlət olub-olmasından asılı olmayaraq bu birmənalıdır”.

teleqraf.com1404470499eldenizquliyevvvvZiyalılar Hərəkatının rəhbəri Eldəniz Quliyev Yenicag.az-a açıqlamasında  millətin təhqir olunmasının yolverilməz olduğunu və Azərbaycan türklərinin  haqlı olaraq  belə hallara etiraz etdiklərini söylədi: “Heç bir halda, heç bir situasiyada hər hansı bir etnos, millət və yaxud xalqın ruhuna həqarət gətirən işlər görmək olmaz.  Heç bir xalqı təhqir etmək olmaz.  Çünki tarix də göstərir ki, hər hansı bir olay olarsa, mühüm qlobal hadisə baş verərsə,  burada xalqın günahı olmur.  Əsasən xalqın siyasi mənsəblərinin  günahı olur.  İran televiziyasında gedən verilişdə həqiqətən də təhqir faktı varsa, bu yolverilməz hesab olunmalıdır. İranda yaşayan Azərbaycan türkləri  buna qarşı etiraz nümayişlərini haqlı olaraq keçirirlər”.

ELÇİN

www.yenicag.az

900
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv