!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Nardaran işi” üzrə məhkəmə istintaqı başa çatıb

!Reklam – Yazi

mehkemeeBakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

Yeniçağ.Az APA-ya istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə vəkillər növbəti dəfə təqsirləndirilən şəxslərin iclasda iştiraklarının təmin edilmələri, sənədlərin tədqiq edilmələri, hadisələr zamanı ölən polislərin hüquqi varislərinin məhkəməyə çağırılmaları, gəlməyəcəkləri halda məcburi gətirilmələri, hər iki polisin meyitinin eksqumasiya olunmaları barədə vəsatət veriblər.

Vəkillər bildiriblər ki, təqsirləndirilən şəxslər soyuq zirzəmidə saxlanılırlar və bu onların səhhətinə pis təsir edir.

Məhkəmə vəsatətləri təmin etməyib.

Daha sonra iclasda təqsirləndirilən şəxslərin hakimə müraciəti oxunub. Onlar soyuq zirzəmidə saxlanılmalarını təzyiq kimi qiymətləndiriblər. Hakim isə bildirib ki, bütün təqsirləndirilən şəxslər eyni şəraitdə saxlanılır və heç bir təzyiq edilmir.

İclasda Şamil Abduləliyevin vəkili Zibeydə Sadıqov müdafiə etdiyi şəxsin anasının yas məclisinə buraxılması barədə vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib.

Hakim məhkəmə istintaqının yekunlaşması məsələsini müzakirəyə çıxarıb. Vəkillər isə buna etiraz ediblər və təqsirləndirilən şəxslərlə məsləhətləşmək istəyiblər. Məhkəmədə fasilə elan edilib. Fasilədən sonra təqsirləndirilən şəxslər məhkəmə zalına gətirilib. Taleh Bağırov çıxış edərək ona məxsus olduğu deyilən kitabçanın araşdırılmasını istəyib. Bildirib ki, həmin kitabça ona aid deyil. Hakim isə məhkəmə istintaqının başa çatdığını elan edib. Çıxış üçün söz dövlət ittihamçısına verilib. O, çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Buna görə proses dekabrın 26-na təxirə salınıb.

Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.

AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Yeniçağ.Az

www.yenicag.az

585
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv