“Nardaran işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələri ilə bağlı saxlanılan 3-cü qrupun – “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın üzvü Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Zülfüqar Mikayılov 17 il, Faiq Allahverdiyev 13 il, Əli Hüseynov 12 il 3 ay, Mehman Quliyev 13 il, Mehman Məmmədov 12 il 3 ay, Elman Ağayev 13 il, Eldar Bünyatov 12 il 3 ay, Elxan Həsənov 12 il 3 ay, Ruzi İsmayılov 15 il, Cabir Əliyev 14 il, Mübariz İbrahimov 13 il, Ramin Seyfullayev 13 il müddətinə azadlıqdan məhrum edilib.

COP29