Nardaranda 3 nəfər ölüb – İkisi polisdir

119169_srcNardaranda baş verən hadisənin səbəbi bəlli olub.

Hüquq-mühafizə orqanlarından “Turan”a bildiriblər ki, atışma Tale Bağırzadə saxlanarkən olub. Əməliyyat zamanı Bağırzadənin tərəfdarlarından biri polislərə tərəf qumbara atıb, bundan sonra atışma baş verib.

***

Hüquq Mühafizə Orqanlarından “Qafqazinfo”ya daxil olan məlumata görə, baş vermiş silahlı insidentlə bağlı yayılan məlumatlarda şişirdirmələrə yol verilir. Hadisə nəticəsində 2 polis əməkdaşı, qarşı tərəfdən isə bir Nardaran sakini həyatını itirib. Bir polis əməkdaşı və bir neçə kənd sakini isə yaralanıb.