Polislə nardaranlılar arasında atışma – Ölən var-VİDEO(Yenilənib-5)

atishma

Yenicag.az xəbər verir ki, artıq atışmanın Hacı Tale Bağırzadənin yaxınları ilə polis arasında olduğu məlum olub. Qeyd edək ki, bir müddət öncə dövlətə meydan oxuyan bu şəxs İran alimi Ayətullah üzma Həmədaninin əlini öpərək, Azərbaycanı şikayət etməklə, daha sonra tərəfdarlarını polisə qarşı müqavimətə səsləməklə gündəmə gəlmişdi.

***

https://www.youtube.com/watch?v=gCVZ95lFaD4

 

Bakıda silahlı insident qeydə alınıb.

İnsident Sabunçu rayonunun Nardaran qəsəbəsində qeydə alınıb. Hadisə Nardaranda Rəhimə xanım ziyarətgahı yaxınlığında baş verib.

Məlumata görə, hadisə nəticəsində bir neçə nəfər yaralanıb. Yaralılar Sabunçu rayon 3 saylı şəhər kliniki xəstəxanasına aparılıb. Hazırda xəstaxana qarşısına xeyli insan toplaşıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, avtomatla silahlanmış naməlum şəxs
qarşısına çıxan insanlara atəş açmağa başlayıb. Hadisə bu gün təxminən saat 13.00 radələrində qeydə alınıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. .

Onu da bildirək ki, hadisə ilə bağlı rəsmi qurumlardan açıqlama almaq mümkün olmayıb(Aznews).

***

Bakıda xüsusi əməliyyat keçirilib.

APA-nın məlumatına görə, Bakının Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanları əməkdaşları müqavimətlə qarşılaşıblar. Nəticədə atışma olub. Baş verən atışma zamanı ölən və yaralananların olduğu bildirilir.

Əməliyyat zamanı bir neçə nəfər saxlanılıb.

***

Xəstəxananın reanimasiya şöbəsindən verilən məlumata görə, 2 nəfər ölüb.

***

Nardaranda baş vermiş silahlı insident nəticəsində ölən və yaralananlar Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirliblər.

APA-nın hazırda xəstəxananın qarşısında olan əməkdaşı xəbər verir ki, xəstəxanaya çatdırılan zaman həlak olan şəxs polis əməkdaşıdır. Məlumata görə, hadisə nəticəsində daha bir neçə polis əməkdaşı yaralanıb. Bildirilir ki, əməliyyat zamanı polisə silahlı müqavimət göstərilib.

 

https://youtu.be/LH8kvVIJ_6Q