Nardaranda avtomobil qaçırıldı

Nardaran qəsəbəsində avtomobil qaçırılıb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 29-da Nardaran qəsəbəsi ərazisindən qəsəbə sakini A.Abışovun “VAZ-2107” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Əliyev, əvvəllər məhkum olunmuş B.Bayramov və borclu kimi axtarışda olan, əvvəllər məhkum olunmuş Ə.Qədirov avtomobillə birgə Sabunçu qəsəbəsi ərazisində saxlanılıb.