Nardaranda “Bilik evi” yaradılır

d524d477b6e287abc712bf65bddb416d“Nardaran camaatı ilə söhbətlər aparılacaq, onların multikultural əhvalı, dinə, dövlətə münasibəti istiqamətində bir çox iş görüləcək”.

Bunu millətlərarası, multukulturalizm və dini tolerantlıq üzrə dövlət müşaviri Kamal Abdullayev deyib. Onun sözlərinə görə, Nardaran sakinləri buna mənən hazırdır: “Nardaranda və Bakının başqa kəndlərində çox dəyərli ziyalılarımız olub və var. Bizim əsas dayaq nöqtələrimiz o insanlar olacaq”.

K. Abdullayev əlavə edib ki, Nardaranda “Bilik evi”nin yaradılması planlaşdırılır.