Bu gün Daxili İşlər Nazirliyi (DİN), Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq Nardaranda birgə xüsusi əməliyyat keçirib.
Nardarana giriş-çıxış, həmçinin qəsəbənin içi polis tərəfindən tam nəzarətə götürülüb. Əraziyə Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşları cəlb edilib.
Qəsəbəyə daxili işlər nazirinin müavini Vilayət Eyvazov da gəlib.
Polis noyabrın 26-da baş vermiş insidentin digər iştirakçılarının müəyyən edilərək saxlanılması istiqamətində axtarışlar aparıb. Saxlanılanlar var. Məlumata görə, qəsəbədəki bir neçə evdən silah-sursat aşkarlanaraq götürülüb.
Bununla yanaşı, qəsəbənin küçə və meydanlar radikal dini simvollardan təmizlənib. Mərkəzi küçələrdəki şüarlar, digər elementlər yığışdırılıb, barrikadalar təmizlənib.
Qəsəbədə əməliyyat-axtarış tədbirləri davam etdirilir(APA).