Nardaranda məscidlər açılacaq, amma bir şərtlə…

nardaran2016-cı ilin əvvəllərində Nardaran qəsəbəsində dini icma tam formalaşdırılacaq və yalnız bundan sonra məscidlər fəaliyyətlərini davam etdirə biləcək.

Bu fikirləri Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

Komitə sədri bildirib ki, harada məscid varsa, orada mütləq dini icma olmalıdır: “Nardarandakı məscidlərdə dini icmalar yaradılandan sonra Qafqaz Müsəlmanları İdarəsi tərəfindən dini ayinləri icra edən səlahiyyətli nümayəndələr təyin ediləcək. Həmin nümayəndələr Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçdikdən sonra məscidlərdə imamlıq və ya axundluq edə biləcəklər”.(Azvision)