Noyabrın 26-da Nardaran hadisələrində ölənlərin meyitləri gecə saatlarında ailələrinə təhvil verilib.
Bu haqda “Turan İA”-a Maştağa sakinləri bildiriblər.
Dekabrın 1-də Nardaranda dəfn gözlənilir. Bu səbəbdən kəndin giriş-çıxışında patrul qüvvəsi artırılıb. Mənbə qeyd edib ki, bununla yanaşı bu gecədən Maştağa qəsəbəsinə maşınla giriş qadağan edilib.