Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Nardaranda plakatlar sökülür, divarlar şüarlardan təmizlənir – FOTOLAR

239701Daxili İşlər Nazirliyinin və Daxili Qoşunların qüvvələri Nardaran kəndinə nəzarət edirlər.

Musavat.com-un Nardaranda olan reportyoru xəbər verir ki, hazırda kəndə kənar şəxslərin girişi qadağandır. Kənd sakinləri şəxsiyyət vəsiqələrini təqdim edərək, postlardan keçirlər.

Hazırda kənddə divarlarda yazılan dini şüarlar boyalarla silinir. Küçələrdə olan plakatlar sökülür. Dini bayraqlar isə tamamilə yığışdırılıb.

Nardaranın İmam Hüseyn meydanında da bütün şüarlar yığışdırılıb. Daxili Qoşunların qərargahı da bu meydandadır.

Hazırda Əli meydanında divarlardakı şüarlar da təmizlənir.

Bu işlərə hazırda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Güloğlan Məmmədov nəzarət edir.

Rayon icra başçısı Adil Vəliyev də səhər saatlarında Nardaranda olub.

www.yenicag.az

551