Nardaranda Polis Bölməsi açılıb

2e98bfcb429749fdb37174360ba4f955Nardaran qəsəbəsinin mərkəzi meydanında polis bölməsi üçün inşa edilən inzibati bina istifadəyə verilib.

Sabunçu rayon İcra Hakimiyyəti rəhbərliyinin və digər rəsmi şəxslərin iştirakı ilə 42-ci Polis Bölməsinin açılışı olub.

Bildirilib ki, polis bölməsinin şəxsi heyəti formalaşıb və bölmənin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq polis polkovniki Azər Cahangirova həvalə edilib.(APA)