Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Nardaranda polis bölməsi yaradılır

ppx_police_azerb_polis_patrul06Bakının Nardaran qəsəbəsində yeni polis bölməsi üçün inzibati bina tikilir.

Bu, Bakının 42-ci polis bölməsi olacaq.

Polis bölməsi Nardaran və qonşu qəsəbələrdə təhlükəsizliyi təmin etmək məqsədilə yaradılır.

İndiyədək qəsəbədə polis bölməsi olmayıb. Nardarana ən yaxın polis bölməsi Maştağa qəsəbəsindəki Sabunçu Rayonu Polis İdarəsinin 14-cü Polis Bölməsidir.

Hazırda Daxili Qoşunların qüvvələri qəsəbəyə nəzarət edir. Qəsəbənin mərkəzi meydanında park salınır, bəzi yollar genişləndirilir.(report)

www.yenicag.az

243