“Nar”ın əsas tərəfdaşlığı ilə bu yayın ən çox gözlənilən tədbirlərindən biri olan “Balloon Festival” yekunlaşdı. İyunun 8-9-da Şamaxı rayonunda keçirilən festivalda 20 mindən çox ziyarətçi iştirak etdi.
Sərfəli təkliflərini regionlara daha da yaxın etmək məqsədinə sadiq qalan “Nar” festival zamanı müştərilərinin üstün xidmətlərə asan çıxışını təmin edib. Əsas tərəfdaş olaraq, “Nar” qonaqların səmada hava şarlarından, o cümlədən mobil operatorun brendini əks etdirən hava şarının uçuş mənzərəsindən həzz alması üçün rahat və canlı atmosferin yaradılmasına öz töhfəsini verib. Həmçinin, festival boyunca iştirakçıları maraqlı süprizlərlə sevindirən “Nar”onlara müxtəlif dəyərli hədiyyələr də təqdim edib.
Qeyd edək ki, milli irsin qorunub saxlanması və daha geniş miqyasda nümayiş etdirilməsi “Nar”ın əsas strateji istiqamətlərindəndir. Regionlarda əhəmiyyətli tədbirlərə dəstək verməklə “Nar” turistlər arasında Azərbaycanın ecazkar təbiətinə və zəngin mədəniyyətinə marağı artırır.
Son xəbərlər