“Nar”ın satış və xidmət şəbəkəsi artıq Şamaxıda!

Bütün ölkə ərazisində sərfəli rabitə xidmətlərini hər kəs üçün əlçatan etməyə davam edən “Nar” yeni konseptli mağazasını bu dəfə Şamaxı şəhərində təqdim etdi. Müasir görünüşü və rahatlığı ilə seçilən mağaza Şamaxı şəhəri N.Nərimanov küçəsi ilə M.Şəhriyar küçəsinin kəsişməsidə yerləşir.

Mağazanın açılışında iştirak edən “Nar”ın Baş İcraçı direktoru Qunnar Panke bildirib: “2024-cü ildə də bölgələrdə yeni “Nar” mağazalarını təqdim etməyə və satış şəbəkəmizi genişləndirməyə davam edirik. “Nar” olaraq, sərfəli qiymət siyasətimizə sadiq qalmaqla yanaşı, üstün müştəri təcrübəsi və yüksək keyfiyyətli rabitə xidmətlərini müştərilərimizə əlçatan etməyə qərarlıyıq”.

Mobil operatordan verilən məlumata görə, “Nar” bu il ərzində daha 15 yeni mağazasını Azərbaycanın bölgələrində təqdim etməyi planlaşdırır. Müştərilər özlərinə ən yaxın “Nar” mağazalarının ünvanlarını operatorun rəsmi saytından (nar.az) tapa bilər.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

COP29