Polşanın Ukraynanın qərb regionlarını hərbi-siyasi nəzarətə götürəcəyi ilə bağlı yayılan iddialar doğru deyil.
Yenicag.az xəbər verir ki, bu barədə Polşa Xarici Kəşfiyyat İdarəsi rəisinin köməkçisi Stanislav Jarin Tvitter səhifəsində yazıb.
O, bu kimi məlumatları cəfəngiyyat adlandırıb.
Jarinin sözlərinə görə, bu kimi söyləntilər Polşa-Ukrayna əməkdaşlığını pozmaq cəhdləri güdür.
Qeyd edək ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Polşanın Qərbi Ukraynanı özünə birləşdirmək planları hazırladığını bildirmişdi.