Narko-ticarətçilərdən inanılaz fənd – Heroini ədviyyatla qarışdırdılar

İran Astarası Gömrük İdarəsinin əməkdaşları keçid məntəqəsində 320 kiloqram heroin aşkarlayıblar.

Yenicag.az xəbər verir ki, narkotik maddə ixrac üçün nəzərdə tutulan 65 tonluq sement paketlərində gizlədilibmiş.

Narko-ticarətçilər İran gömrüyünün xidməti axtarış itlərini yayındırmaq üçün yükü istiot və ədviyyatla qarışdırıblar./Trend/