Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Narkobaron qaçdı, polis arxasınca düşdü - Azərbaycanda film kimi olay

Masallı rayonunda polisdən qaçan narkobaron yoxa çıxıb.

Yenicag.az-a verilən məlumata görə, Masallı rayonundan olan “Seyfi” ləqəbli Seyfəddin Hüseynov polislərdən qaçaraq Mollaoba kəndindəki çayxanalardan birinə girib. Polis onu orada həbs etmək istəyərkən Seyfəttin Hüseynov avtomobilə əyləşərək həmin ərazidən qaçıb. Bu zaman o,  “VAZ 2107” və “Mercedes” markalı maşınları əzib.

“Seyfi” ləqəbli şəxs polislərdən yayınmaq üçün Mollaoba kəndinin qəbiristanlığı istiqamətində hərəkət edib. Polislər narkobaronun avtomobilini saxlamaq üçün maşının təkərlərinə atəş açsalar da, Seyfəddin Hüseynov təqibdən yayına bilib. Seyfəddin Hüseynovun maşını daha sonra Mollaoba kəndində kanala düşüb, ancaq polis tərəfindən qovalanan şəxs maşından çıxmayıb.

Mollaoba kəndindən verilən məlumata görə, kənddə çoxlu sayda polis cəmləşib. Seyfəddin Hüseynovun axtarışı davam edir.

Əlavə məlumat olduqca diqqətinizə çatdıracağıq.

Səxavət Məmməd

www.yenicag.az

9285
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM