Reklam: High Technic
hightechnic

Narkoloji Mərkəzdəki yanğınla bağlı cinayət işi açılıb

Respublika Narkoloji Mərkəzində baş verən yanğınla əlaqədar cinayət işi açılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, faktla bağlı Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizlik qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Hazırda əməliyyat tədbirləri davam etdirilir. Hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi üçün ekspertiza təyin olunub.

Qeyd edək ki, bu gün səhər saatlarında Respublika Narkoloji Mərkəzində baş verən yanğın nəticəsində 25 nəfər həlak olub.

www.yenicag.az

1645