Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Narkoman qadının inanılmaz fırıldağı: Milyonçunu ustalıqla aldatdı

Özünü dilənçi kimi qələmə verən gənc qadın tanış olduğu varlı kişidən böyük miqdarda pullar qoparıb.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Böyük Britaniyanın Lester şəhərində 60 yaşlı milyonçunun xeyirxahlığından istifadə edən 32 yaşlı narkoman Syuzan Giri ona 18 min funt sterlinq ziyan vurub.

Məlumata görə, milyonçu kişi qadının halına acıyaraq, ona hər gün müəyyən məbləğdə pul verib. Syuzan isə həmin pulu özü və sevgilisi üçün narkotik maddələrə sərf edib.

Bir aydan sonra isə Syuzan ondan böyük məbləğdə borc alıb və aradan çıxıb. Bir müddətdən sonra borc almaq üçün yenidən kişiyə yaxınlaşan qadın ondan rədd cavabı alıb.

Bu zaman isteriyaya düşən Syuzan kişinin pəncərələrini sındırmağa cəhd göstərib. Milyonçu isə sakit olması üçün ona 50 funt verib və polisə zəng vurub.

Tezliklə həbs olunan Syuzan məhkəmənin qərarı ilə məcburi əməyə və narkotik asılılığından müalicəyə cəlb edilib.

Loading...

www.yenicag.az

4195
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100