“Narkomaniyaya Qarşı Mübarizə” layihəsi çərçivəsində  Şəmkirdə maarifləndirmə tədbirləri keçirildi

Şəmkir Qadın Resurs Mərkəzi (QRM) hər zaman aktual olan məsələlərə diqqət yetirərək, gənclərlə bağlı mühüm sosial tədbirlər həyata keçirdir və  bu tədbirlərdən biri kimi “Narkomaniyaya Qarşı Mübarizə” mövzusunda maarifləndirici tədbirdir. Bu təşəbbüs, narkomaniyanın qarşısının alınması və gənclər arasında bu zərərli vərdişə qarşı mübarizənin gücləndirilməsi məqsədilə həyata keçirildi.

 Tədbirlər çərçivəsində Şəmkir rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, Şəmkir Rayon Polis Şöbəsinin və Təhsil Şöbəsinin nümayəndələri, məktəblilər və rayonun gəncləri bir araya gələrək, narkomaniya ilə mübarizənin əhəmiyyəti haqqında ətraflı məlumat aldılar. Müzakirələrdə narkomaniyanın gənclərin sağlamlığına, gələcəyinə və cəmiyyətə vurduğu ziyanlar haqqında danışıldı və bu zərərli vərdişdən qorunma yolları müzakirə edildi.

Keçirilən maarifləndirmə tədbirləri zamanı iştirakçılara narkomaniyanın yaratdığı təhlükələr və bu problemin öhdəsindən gəlmək üçün cəmiyyətin bütün təbəqələrinin birgə səylə çalışmasının vacibliyi vurğulandı. Tədbirlərdə gənclərin maarifləndirilməsi, onlara sağlam həyat tərzinin aşılanması və narkotiklərə qarşı müqavimət göstərmələrinin təmin edilməsi məqsədi ilə müxtəlif təlimatlar verildi.

İctimai Birlik, bu cür sosial layihələrin həyata keçirilməsini davam etdirərək, cəmiyyətin aktual problemlərinin həllinə və gənclərin sağlam inkişafına töhfə verməyi hədəfləyir.

COP29