Narkotik bitki məhv edildi – 1,3 tondan artıq

Yevlaxda kənd ərazisində bitən yabanı çətənə kolları məhv edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumatına görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Qaraməmmədli kəndi ərazisində yabanı halda bitmiş çəkisi 1,3 tondan artıq olan 3342 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.