Narkotik dövriyyəsinə görə 2 nəfər həbs olundu

Biləsuvar rayonundakı Cəbrayıl şəhərciyində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbir keçirilib.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının tərəfindən şübhəli bilinən Fərrux Cahangirov və Gilənar Quliyeva saxlanılıblar. Onlardan 3 kiloqramdan artıq marixuana və tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilənlar barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.