Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Narkotik əməliyyatları davam edir: Ağdaş sakinləri saxlanıldı - FOTOLAR

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin,eləcə də narkotik tərkibli bitkilərin kultivasiyasının qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı rayonun Binələr kənd sakini Ramil Ağammədov saxlanılıb.

Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan aqrotexniki qulluq göstərilmiş, ümumi çəkisi 22 kiloqram 350 qram olan 23 ədəd çətənə kolu, həmçinin 60 qrama yaxın qurudulmuş marixuana qablaşdırılaraq maddi sübut kimi götürülüb.

Keçirilən növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində isə psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdaş şəhər sakini Elməddin Cümşüdov saxlanılıb. Şəxsi axtarış zamanı həmin şəxsdən “patı” kimi tanınan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

www.yenicag.az

198
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100