Narkotik maddənin təsirindən öldü – Sumqayıtda

Sumqayıt şəhərində 38 yaşlı kişi narkotik maddəinin təsirindən ölüb.

Yenicag.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda baş verib.

Belə ki, şəhərin 13-cü mikrorayonunda “qarajlar” deyilən ərazidə orta yaşlı kişinin meyiti aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindəın baxış keçirilib.

Meyit muayinə olunması üçün Səhiyyə Nazirliynin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.

Məlum olub ki, şəhər sakini, 1981-ci il təvəllüdlü Hüseynov Aslan Qəzənfər oğlu narkotik maddənin təsirindən ölüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Report