Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıblar.
Yenicag.az xəbər verir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 1-də Masallı rayonu ərazisində Bakı şəhər sakini Elvin Musayevin idarə etdiyi “Renault”, iyunun 4-də isə Bakı şəhər sakini Nəcəf Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobillər saxlanılıb.
Polis əməkdaşları tərəfindən sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilib və barələrində inzibati protokollar tərtib olunaraq Masallı Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə E.Musayev nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla beş gün müddətinə, N.Məmmədov isə beş gün müddətinə inzibati qaydada həbs olunublar.
Bu istiqamətdə tədbirlər davam etdirilir.