Narkotik satan qadın yaxalandı-Video

narkotikAstara rayonunda qızıl oğurluğu və narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olan dəstə zərərsizləşdirilib.
Yenicag.az lent-az-a istinadən bildirir ki, Astara Rayon Polis Şöbəsi əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. Şübhəli şəxs qismində saxlanılan rayonun Şahağacı kənd sakini Şəhriyar Dadaşovun üzərinə baxış keçirilərkən, 1 ədəd bükümdə təmiz çəkisi 0,595 qram narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. İlkin araşdırmalar zamanı Şəhriyar Dadaşovdan götürülmüş narkotik vasitənin onun həmkəndlisi İlqar Süleymanovdan əldə etdiyi müəyyən olunub.

İlqar Süleymanov saxlanılıb. Ondan 2,918 qram heroin aşkarlanıb. İlqar Süleymanovda aşkarlanmış heroinin həmkəndlisi Mirzağa Səmədovun vasitəsi ilə digər həmkəndlisi Həqiqət Məmmədovadan əldə edilməsi müəyyənləşdirilib.

Onların dördü də tutularaq istintaq orqanlarına təhvil verilib.

İbtidai istintaqın gedişində həmçinin müəyyənləşdirilib ki, saxlanılan Mirzağa Səmədov qohumu Kamilə Səmədovanın evinə qanunsuz girərək oradan 21 manat nağd pul və 3650 manat dəyərində müxtəlif növ qızıl-zinət əşyaları oğurlayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.