Narkotik satıcısı və istifadəçisi tutuldu – Fotolar

Abşeron rayon polis idarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 1993-cü təvəllüd Novxanı qəsəbə sakini Əli Ələsgərovovu saxlayıb.

Yenicag.az-a daxil olan məlumata görə, saxlanılarkən Əli Ələsgəoruvun əl sumkasına baxış keçirən polis əməkdaşaları 8 kq qurudulmuş marixuana və 3 ədəd kibrit qutusundan 10 qram çekidə marixuana aşkar edib.

Saxlanılan şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Yenicag.az