Narkotikdən zəhərlənərək öldü – Göygöl sakini

Göygöl sakini narkotikdən ölüb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, rayon sakini 1983-cü il təvəllüdlü İbrahimli Adil Rəşid oğlu Gəncənin “Poçt qəsəbəsi” adlanan ərazisində ağır vəziyyətdə tapılaraq xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. A. İbrahimlinin həddən artıq narkotik vasitə qəbul edərək zəhərləndiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.