Abşeron rayonu ərazisində “Ford” markalı avtomobil yol hərəkəti qaydalarını pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Yenicag.az-a DİN-in mətbuat xidmətindən xəbər verilib.
Araşdırmalarla sürücü Bakı şəhər sakini – H.Baxışovun avtomobili sürücülük hüququ olmadan idarə etməsi və narkotik vasitənin təsiri altında olması müəyyən olunduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 332.1-ci, 352.5-ci və 334.1-ci maddələri ilə protokol tərtib olunub.
Abşeron Rayon Məhkəməsinin qərarı ilə H. Baxışov 4 gün müddətinə inzibati həbs edilib.
Bundan başqa, Abşeron rayonu ərazisində “İsuzu” markalı avtobus Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb. Sürücü Bakı şəhər sakini-Ə.Bəşirovun avtobusu sürücülük hüququ olmadan idarə etməsi və narkotik vasitənin təsiri altında olması müəyyən olunduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib olunub.
Abşeron Rayon Məhkəməsinin qərarı ilə Ə.Bəşirov 4 gün müddətinə inzibati həbs edilib.