!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olundu - FOTO

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) xüsusi taqımının əməkdaşları tərəfindən sürücülük hüququ olmadan, eləcə də narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub.

BDYPİ-dən Yenicag.az-a verilən məlumata görə, yanvarın 7-də Xırdalan dairəsi adlanan ərazidə xidmət aparan DYP əməkdaşları sutkanın qaranlıq vaxtı xarici işıq cihazları söndürülmüş vəziyyətdə hərəkətdə olan “BMW” markalı, NN-635-NH qeydiyyat nişanlı avtomobil aşkar edib, sürücüyə “Saxla” işarəsi verilsə də, o, əvvəlcə göstərişə tabe olmayıb, lakin sonradan nəqliyyat vasitəsini dayandırıb.

Araşdırma zamanı avtomobili idarə edən 1983-cü il təvəllüdlü Əliyev İlqar Qəhrəman oğlunun nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı, eləcə də həmin avtomobilə aid 1 060 manat ödənilməyən inzibati cərimə məbləğinin mövcudluğu aşkar edilib və göstərilən səbəblərdən avtomobilin mühafizə olunan duracağa yerləşdiriləcəyi barədə sürücüyə məlumat verilib. Bu zaman polisin qanuni tələbinə qəsdən tabe olmayan İ.Əliyev müqavimət göstərərək ərazidən uzaqlaşmağa çalışıb, lakin DYP əməkdaşlarının sayıqlığı nəticəsində saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bununla yanaşı, tibbi müayinə zamanı İ.Əliyevin avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub.

Toplanan materiallar Abşeron Rayon Məhkəməsinə göndərilən və müvafiq qərara əsasən İ.Əliyev bir ay müddətində inzibati həbs olunub.

 

www.yenicag.az

107
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100