Narkotikin təsiri altında avtomobil idarə edən şəxslər həbs edildilər

Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Belə ki, Sumqayıt şəhər sakini Yaşar Abbasovun idarə etdiyi “Daewoo” və rayon sakini Rəşad Abdurəhmanovun idarə etdiyi QAZ-33021 markalı avtomobillər rayon ərazisində nəzarət-yoxlama qaydasında saxlanılıblar. Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri və eyni zamanda hər iki şəxsin sürücülük vəsiqəsinin olmadığı müəyyən edilib. Polis əməkdaşları tərəfindən həmin şəxslər barəsində protokollar tərtib olunub və Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada həbs ediliblər.

Qeyd edək ki, bu istiqamətdə tədbirlər davam etdirilir.

COP29