!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Narkotikin təsiri altında avtomobili idarə edən sürücü saxlanıldı

!Reklam – Yazi

Salyan rayonunda keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında avtomobili idarə edən sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenicag.az-a verilən məlumata görə, “Renault” markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını pozduğu üçün “Saxla” işarəsi verilib.

Bundan sonra rayon sakini Emin Niftiyevin narkotik vasitə və psixotrop maddə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən onun narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub.

Həmin şəxs barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib olunub və hüquqi qiymət verilməsi üçün Salyan Rayon Məhkəməsinə göndərilib.

www.yenicag.az

262
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv