Narkotiklərə qarşı mübarizə: Gənclərimizi necə qoruya bilərik? – Məhbubə Mehdiyeva yazır

Narkomaniya -yunan sözü olub-cəlb etmə deməkdir. Cəlbediciliyi hər saniyə daha da füsət alan bu bəşəri bəla yaşıl dünyamızı qaraltmağa çalışır.

UNODC-nin Dünya Narkotik Hesabatı 2024 (World Drug Report 2024) yaydığı məlumata görə 2024- ci ildə dünyada təxminən 296 milyon insan 2022-ci ildə ən azı bir dəfə narkotik maddə istifadə edib. Bu rəqəm , 10 il əvvəlki göstəricilərdən 23% daha çoxdur. Ən çox istifadə olunan kannabis və sintetik narkotiklər (məsələn, metamfetamin və fentanil) yer alır.

Yuxarıdakı statistikaya nəzər salmağımız kifayət edir ki, dünyamızın necə bir bəlanın içində olduğunun bir daha fərqində olaq.

Təssüflər olsun ki, narkotik vasitələrdən istifadə yaşı hər il daha da gəncləşir və statistikin rəqəmlərin böyük hissəsində yer alır.

Narkotik maddələrin istifadəsi gənclər arasında qlobal bir təhlükəyə çevrilib. Bu gün ətrafımızda əzizlərimiz, doğmalarımız bu bəladan əziyyət çəkir. Bizsə kömək etmədiyimiz üçün mənəvi əziyyətin bəlkə da ən ağrını yaşayırıq.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, narkotik maddələrin təsiri yalnız fərdlərin sağlamlığına deyil, bütövlükdə cəmiyyətin sabitliyinə də mənfi təsir göstərir. Gənclər arasında narkotik vasitələrə marağı azaltmaq və maarifləndirmə işlərini gücləndirmək vacibdir.

Marifləndirmə və düzgün təhsil narkotiklərlə mübarizədə əsas vasitələrdir. Nə qədər aydın şəkildə izah olunsa o qədər onun qaranlıq çəkiciliyi azalar. Bernard Rassel kitabında qeyd edirdi ki, bir zamanlar dəfnə yarpağı qadağan edilmişdi. Insanlar isə onu gizlin şəkildə əldə edir, əkib becərirdilər. O gündən ki, qadağanın əsas səbəbi izah edildi, Insanların marağı ona qarşı bir dəfəlik söndü.

Narkotik vasitələrin törətdiyi fəsadları da aydın və praktiki misallara izahına bugün nəzəriyyədən daha çox ehtiyac var.

Məktəblərdə və ictimai qurumlarda bu mövzuda geniş proqramlar tətbiq olunmalı, gənclər narkotiklərin yaratdığı təhlükələr barədə daha çox məlumatlandırılmalıdır

Valideynlər övladlarının həyatında mühüm rol oynayır. “Oğlum, qızım bunu etmə” cümləsi “Nə üçün etməməlidi?!” deyə xoş səs tonu ilə əvəz olunmalıdır.

Ailə mühitində açıq və dəstəkləyici münasibət, narkotik vasitələrdən uzaq durmağın vacibliyini öyrətməyə kömək edə bilər.

Hüquq-mühafizə orqanlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı fəaliyyəti , dövlətimizdə reabilitasiya mərkəzlərinin sayını getdikcə daha da artırması bu problemin həlli üçün daha geniş şərait yaradır.

Gəncləri narkotik təhlükəsindən qorumaq üçün cəmiyyətin bütün fərdlərinin istirakçılığı vacibdir. Maarifləndirmə, ailə dəstəyi və hüquqi tədbirlər birlikdə təsirli bir mübarizə strategiyası bugünümüzü, sabahımızı gözəl və daha da sağlam gələcəyə aparacaq.

Məhbubə Mehdiyeva
Araşdırmaçı, sosioloq

COP29