“Nar”yeni “Avropa” paketini təqdim etdi

“Nar” tamamilə yeni “Avropa” paketini təqdim etdi.

Hər bir anı dostlarla paylaşmaq üçün artıq xaricdə Wi-Fi axtarmağa ehtiyac yoxdur. Beləki, bu fürsətdən istifadə edərək Avropanın bir çox ölkələrinə internetlə bərabər səyahət etmək və rominqdə hər 1 MB üçün cəmi 2 qəpik ödəyərək internetdən bolluca faydalanmaq olar. Trafik 200 MB təşkiledir, paketin qiyməti isə 4 AZN-dir.

Paketə *777#078#YES yığaraq və ya “şəxsi cabinet” vasitəsilə qoşulmaq mümkündür. Qeyd edək ki, paketi istənilən qədər sifariş etmək olar və paket çərçivəsində sifariş edilən bütün bonuslar toplanır.

Paketdən istifadə müddəti 15 gündür. Bu müddət tamamlanmadan trafik bitərsə, hər 1 MB-ındəyəri 30 qəpik təşkil edəcək. Paketin istifadə müddəti bitdikdə, hər 1 MB-ın dəyəri zonaya uyğun hesablanacaqdır.

Bonusları yoxlamaq üçün *777#20#YES yığmaq lazımdır. “Europe” və ya “Avropa” yazıb 777 nömrəsinə göndərərək, həmçinin nar.az internet səhifəsinə daxil olaraq paket barədə əlavə məlumat əldə etmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

COP29