Diametri 1 km-ə qədər olan potensial təhlükəli asteroid 6037 (1988 EG) avqustun 23-də Yerdən təxminən 6 milyon km uzaqlıqdan keçəcək.
Yenicag.az xəbər verir ki, bu barədə avqustun 8-də NASA-nın Yerə Yaxın Obyektlərin Tədqiqi Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.
Obyekt UTC vaxtı ilə 08:18-də (Bakı vaxtı ilə 12:18) planetə mümkün qədər yaxınlaşacaq.
Asteroidin diametri 430-960 metr, sürəti isə saniyədə 14,25 km-dir.
Qeyd edək ki, potensial təhlükəli obyektlər Yerin orbitindən 7,5 milyon km-dən az məsafədə keçən obyektlərdir.
Mənbə: iz.ru