NASA kaninatın daha bir möhtəşəm görüntüsünü paylaşdı – FOTO

ABŞ-nin Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Ceyms Uebb Kosmik Teleskopu vasitəsilə çəkilmiş növbəti möhtəşəm görüntünü paylaşıb.

Fotoda 7 600 işıq ili uzaqlıqda olan NGC 3372 qalaktik dumanlığı (Carina Nebula) əks olunub.

Xatırladaq ki, bir müddət öncə NASA adıçəkilən teleskop vasitəsilə qeydə alınmış kainatın ən dərin və rəngli görüntüsünü yayımlayıb.