!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

NASA-nın planetlərarası stansiyası fəaliyyətini dayandırdı

!Reklam – Yazi

NASA-nın planetlərarası stansiyası “Dawn” fəaliyyətini dayandırıb.

Yenicag.az-ın məlumatına görə, buna stansiyanın yanacağının bitməsi səbəb olub.

Bununla da “Dawn” 11 illik missiyasını başa vurub.

Qeyd edək ki, 2007-ci il sentyabrın 27-də fəzaya göndərilmiş “Dawn” aparatı asteroidlər qurşağını tədqiq etmək üçün nəzərdə tutulmuşdu. Aparat 2011-ci ilin iyulundan 2012-ci ilin sentyabrınadək nəhəng Vesta asteroidini, sonra isə Serera cırtdan planetini tədqiq edib. Uçuşları İdarəetmə Mərkəzi stansiyanın Sereranın səthinə enməsini planlaşdırmamışdı. Odur ki, növbəti 20, bəlkə də 50 ildə “Dawn” planetin orbitində qalacaq.

www.yenicag.az

3995
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv