NASA peyklərində göründü: Antarktidadakı gizli qapının sirri açıldı – FOTO

Dünyanı üç ölçülü səyahət etməyə imkan verən “Google Maps” son illərdə yeni mübahisələrə səbəb olub.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, sui-qəsd nəzəriyyəçilərinin qeyri-adi hesab etdikləri bir çox fərqli məqamı diqqətlə araşdıraraq sosial media hesablarında paylaşdıqları təcrübədə ən sirli görüntülərdən biri Antarktidadakı qapı olub. Yaponiyanın Antarktidadakı “Showa” stansiyasının cənub-şərqində yerləşən tikili kənardan qapıya bənzəyən görünüşü ilə internetdə böyük müzakirələrə səbəb olub.

Bəzi istifadəçilər bunun əvvəlki təyyarə qəzasının qalıqları ola biləcəyini iddia edib. Lakin bölgədə insan məskəninin olmadığını əsas gətirərkən, vəziyyəti daha da irəli sürən nəzəriyyəçilər sözügedən quruluşun dünyadan kənar varlıqların istifadə etdiyi bir portal olduğunu bildiriblər.

Müzakirələrdən sonra elm adamları sözügedən quruluşu araşdırmaq qərarına gəliblər və hərtərəfli araşdırma aparıblar. Nyukasl Universitetinin professoru Bethan Davies mövzu ilə bağlı verdiyi açıqlamada quruluşun əriyən aysberqə aid olduğunu və bölgədəki dayaz su səbəbiylə ortaya çıxdığını söyləyib.

Leicester Universitetinin vulkanşünası professor Con Smelli hadisəyə kinayə ilə yanaşaraq, “Sui-qəsd nəzəriyyəçiləri olmasaydı, nə edərdik?” sualını verib.

Görünüşün çox aydın olmadığı üçün onu anlamaqda çətinlik çəkdiyini bildirən Smelli həmin yerin təbii hadisədən yarandığını və bu cür fərziyyələrin adətən təxəyyüldən qaynaqlandığını bildirib.

O, əsrarəngiz görüntünü Antarktidanın buzlaqları ilə bağlı təbiət hadisəsi hesab etdiyini və həyəcanlanacaq heç nə olmadığına əmin olduğunu vurğulayıb.

İsmayıl Bakuvi

COP29