NASA yadplanetli ovuna başlayır

NASA yadplanetliləri və ya yerdənkənar sivilizasiya nümayəndələrini axtarmaq üçün hərəkətə keçib.

Yenicag.az xəbər verir ki, XVIII əsrdən bu yana UNO barədə məlumatlar dolaşır və günümüzdə də Yer planetindən kənarda sivilizasiyanın mövcudluğunun izləri axtarılır.

Bir çox insan Misir və Maya piramidalarının yadplanetlilərin köməyi ilə inşa edildiyini iddia edir. XX əsrdə isə Mars planetində canlı həyat formasını axtarmaq üçün bir sıra tədqiqatlar həyata keçirildi. NASA isə yadplanetliləri axtarmaq üçün yeni bir komanda qurub. CLDS adlı yeni komanda ABŞ-ın Kaliforniya ştatındakı “Ames” araşdırma mərkəzində oturacaqş Yeni komandanın üzvü olan Tori Kehler araşdırmalarda uğur əldə edə bilmək üçün yeni aparat və strategiyalara ehtiyac olduğunu deyib.

ABŞ-dakı Corciya Texnologiya İnstitutu da NASA-nın yeni komandasına dəstək verəcək. İnstitut ehtimal edilən həyatın baraq izi olduğu düşünülən təsbitləri incələyəcək. Tədqiqat çərçivəsində Günəş Sistemindəki buzla örtülü olan planetlərdə həyatın mövcudluğu müşahidə ediləcək.

Məşhur alim Miçio Kaku isə kosmosda insan və robotun hibridi olan canlı varlıqların mövcudluğu ehtimalından danışıb. 72 yaşlı alim insanların çox fərqli canlı növləri ilə təmas qura biləcəyinə inanır. Kakuya görə bioloji bədənlər çox inkişaf etmiş mədəniyyətlər üçün kifayət etmir və bu səbəbdən canlılar yaşaya bilmək üçün robot xüsusiyyətləri ilə təchiz edilir./ölkə.az/

COP29