Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Natali Portman: "Biz sevgili olmamışıq"...

Moby adı ilə məşhur olan amerikalı bəstəkar, musiqiçi və dj Riçard Mellvil Holl bu yaxınlarda qələmə aldığı “Then İt Fell Apart” adlı ikinci avtobioqrafik kitabını oxuculara təqdim edib.

Yenicag.az xəbər verir ki, kitabda müəllif Oskar mükafatlı məşhur aktrisa Natali Portman ilə bir zamanlar sevgili olduqlarını qələmə alıb. Bu xəbər mətbuatda olduqca rezonans doğurub. Ancaq Natali Portman “Harper’s Bazaar” dərgisinə verdiyi bir reportajda bu iddianı təkzib edib:

“Onu tanıdığım çox qısa bir zamanı sevgiliymişik kimi xatırlamasına təəccüblənirəm. Çünki mən məndən böyük bir adamın hələ yeni məzun olduğum bir vaxtlarda rahatsızedici bir şəkildə davrandığını xatırlıyıram. 20 yaşında olduğumu qeyd etsə də, amma əslində təzəcə 18 yaşım olmuşdu. Biz sevgili olmamışıq. Bu həm özü, həm də kitabı tərəfindən bilərəkdən yayılmış yanlış bir xəbərdir”.

Buna cavab olaraq Moby “İnstagram” səhifəsində Portmanla bir fotosunu paylaşaraq bunları yazıb: “Natali Portmanın sevgili olmadığımızı söyləməsi məni çox heyrətləndirdi. Çünki əslində sevgili olmuşuq. Natalini sevirəm, zəkasına və fəaliyyətinə hörmətlə yanaşıram. Ancaq qısa sürən əlaqəmiz haqqında həqiqətləri nə üçün dandığını anlaya bilmirəm. Fikirlərinə hörmətlə yanaşıram. Lakin bu, qısa sürən romantik tariximizdəki həqiqətləri dəyişmir”.

Natali Portman isə “Bu hekayəni kitabını satmaq üçün istifadə etməsi çox acınacaqlıdır. Ancaq bu doğru deyil. Çoxlu yanlış və uydurma xəbər var. O, ya da yayımı bu xəbərləri təsbit etmək üçün mənə müraciət etsin” deyərək açıqlayıb.

Tahirə Nur

www.yenicag.az

1103
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM